Giorgi Qaxariya - təhlükəsizliksiz iqtisadi inkişaf sürətli və davamlı ola bilməz
Giorgi Qaxariya - təhlükəsizliksiz iqtisadi inkişaf sürətli və davamlı ola bilməz

Təhlükəsizliksiz iqtisadi inkişaf sürətli və ən əsası, davamlı ola bilməz, – bu barədə Gürcüstan daxili işlər naziri, Giorgi Qaxariya “Redisson” mehmanxanasında bəyan etdi. Burada nazir biznesmenlərlə görüşür.

Qaxariyanın bəyan etdiyinə görə, iqtisadiyyatın əhəmiyyətli bölmələri – turizm, tranzit birbaşa təhlükəsizlik mövzuları ilə bağlıdır.

“Təhlükəsizliksiz iqtisadi inkişaf sürətli və ən əsası, davamlı ola bilməz. Bunu hamımız yaxşı başa düşürük. Xüsusi ilə başa düşürük ki, kifayət qədər kəskin çağırışlar qarşısında duran bölgədə yaşayırıq və işləyirik. Həmçinin yaxşı başa düşürük ki, iqtisadiyyatımızın əhəmiyyətli bölmələri – turizm, tranzit, o cümlədən energetika birbaşa təhlükəsizlik mövzuları ilə bağlıdır”, – Giorgi Qaxariya bəyan etdi və ümidvar olduğunu bildirdi ki, əməkdaşlıq maraqlı nəticələr verən olacaq.