Giorgi Qaxariya - polis işçisinin maaşı qeyri-adekvatdır
Giorgi Qaxariya - polis işçisinin maaşı qeyri-adekvatdır

Polis işçisinin maaşı qeyriadekvatdır, – Daxili İşlər naziri, Giorgi Qaxariya Birinci Kanalın “Axali Kvira” (yeni həftə) verilişində bəyan etdi.

“İkinci vətəndaşın həyatına, sağlamlığına, təhlükəsizliyinə məsuliyyət daşıyan və öz vəzifəsini vicdanla yerinə yetirən insanın maaşının 800 lari olması adekvat ola bilməz. DİN-də islahatların əsas məqsədi vətəndaş komponentində optimallaşdırma idi. Bu da faktiki olaraq artıq həyata keçirilmə mərhələsindədir. Təxminən bu cür 400 mövqe azaldılıb. Bu yazlnız maaş qənaəti deyil. Bu həmin mövqələrlə əlaqədə olan avtonəqliyyat, yanacaq və sairdir. Bir neçə idarənin rəhbərinin iki müavini var idi. Biz isə hesab etdik ki, bir müavin də yetərlidir. Elə departamentlər var idi ki, müəyyən tədqiqatlara orientləşdirilmişdilər və hesab etdik ki, bunlar lazım gəlmir. İnterpol, Avropol, polis attaşelərini biz birləçdirərək bir departament yaratdıq”, – Qaxariya bəyan etdi

Onun dediyinə görə, islahatın məqsədi mülki vəzifələrin optimallaşdırılması xərcinə edilən qənaət, polis istiqamətinə yönəldilsin.

Naizirn qeyd etdiyinə görə, sosial qrantların əsas komponenti yalnız maaşlar deyil.