Giorgi Qaxariya - Milli Hərəkat ilə heç əlaqə və sıfır reaksiya
Giorgi Qaxariya - Milli Hərəkat ilə heç əlaqə və sıfır reaksiya

Daxili işlər naziri Giorgi Qaxariya düşünür ki, Milli Hərəkatın üzvləri ilə heç əlaqələri olmamalıdır və onların hərəkətlərinə sıfır reaksiya bildirilməlidir.

Jurnalistlərlə söhbəti zamanı daxili işlər naziri fraksiya iclasında dünən baş verən isidentə əks səda verdi.

“Elə təəsuratım yaranır, bəzi qrup hesab edir ki, onun əhəmiyyəti var. Real olaraq dünən baş verən fakt sübut etdi ki, bu tamamilə boş, təxribatlar və şaiələrə əsaslanmış hərəkətlərdir. Buna görə lazım hesab etmirəm ki, buna münasibət bildirəm. Bizim reaksiyamız sıfır olmalıdır. Ona görə ki, bunlar boş, mənasız replikalar, şaiələr və anlaşılmaz ittihamlardır. Hesab edirəm ki, bu gündən Milli Hərəkatın üzvləri ilə heç əlaqələmiz olmamalıdır və resksiyamız sıfır olmalıdır. Çünki buna boş yerinə vaxt itirməməliyik”, – Qaxariya bəyan etdi.

Xatırladaq ki, dünən yeni hökumətin üzvlərinin Milli Hərəkatls görüş zamanı Giorgi kvirikaşvili və Nika Meliya arasında qarşıdurma baş verdi.