Giorgi Qaxariya - başa düşürük ki, gürcü biznesinə dövlət tərəfindən dəstək lazımdır
Giorgi Qaxariya - başa düşürük ki, gürcü biznesinə dövlət tərəfindən dəstək lazımdır

Biznes, yeni iş yerlərini yaradan, iqtisadiyyatın əsas qüvvəsidir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya biznes assosiasiyalarının nümayəndələri ilə görüşündə bəyan etdi.

Onun dediyinə görə, biznes ilə effektli kommunikasiya çox əhəmiyyətlidir.

“Başa düşürük ki, iqtisadi artım baxımından hələ çox şeylər etməliyik, çağırışlar həddindən artıqdır, yoxsulluq səviyyəsi kifayət qədər yüksəkdir, başa düşürük ki, gürcü biznesinə dövlət tərəfindən dəstək lazımdır ki, güclü gürcü biznesimiz olsun, olduqca çoxlu güclü gürcü şirkətlərimiz olsun, çünki dövlət yavaş-yavaş, məqsədyönlü biznesə xatırlatsın ki, sosial məsuliyyət nədir”, – Gürcüstanın baş naziri bəyan etdi.