Giorgi Qaxaria - Vəziyyət ağırlaşır və infeksiyaya yoluxma halları daha da artır
Giorgi Qaxaria - Vəziyyət ağırlaşır və infeksiyaya yoluxma halları daha da artır

Təəssüf ki, ölkədə koronavirusa yoluxmanın yenə 18 halı qeydə alındı. Dünən isə, 15 hal qeydə alınmışdı. Aydındır ki, vəziyyət gündən-günə ağırlaşır və bununla bərabər, infeksiyaya yoluxma hallarının yayılmasının templəri də artır, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün koordinasiya şurasının iclasında verdi.

Baş nazirin dediyinə görə, vəziyyət ağırlaşdıqca, müvafiq olaraq, əsas məsuliyyət Səhiyyə Nazirliyinin və hospital sektorunun üzərinə düşür.

Giorgi Qaxaria koordinasiya şurasının iclasında, Səhiyyə Nazirindən virusla mübarizə üçün hazırlılıq haqqında detallı məlumat və növbəti iki gün üçün əsas klinik hazırlılığın yoxlanılmasını tələb etdi.

“1200-ə qədər kənd həkimimiz və 2000 ailə həkimimiz var. Bu insanlar hardadılar, nə edirlər, virusun artması hallarına nə qədər hazırdılar, – bu haqda detallı məlumat lazımdır. İlk növbədə bu insanlara treninq keçirilməlidir və vəziyyətin ağırlaşması üçün hazırlıq səviyyəsi yoxlanılmalıdır. Bu həddindən artıq dərəcədə vacibdir, çünki  Səhiyyə Nazirliyi və hospital sisteminə olan təzyiqin azalması üçün yeganə yoldur” – dedi Giorgi Qaxaria.