Qiorqi Qaxaria - ümidimiz var ki, həftənin sonuna kimi Tbilisi və Rustavinin açılması məsələsi müsbət şəkildə həll olunacaq
Qiorqi Qaxaria - ümidimiz var ki, həftənin sonuna kimi Tbilisi və Rustavinin açılması məsələsi müsbət şəkildə həll olunacaq

Həftənin sonuna kimi mümkündür ki, Tbilisi və Rustavinin açılması məsələsi həll olunsun, – bu haqda Gürcütsanın baş naziri Qiorqi Qaxaria bu günki hökümət iclasında bəyan etdi.

“Tbilisi və  Rustavidə bu günlərdə epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərarlar veriləcək. Düşünürəm ki, Tbilisi və Rustavinin açılması ilə bağlı qərarın həftənin sonuna kimi verilməsi haqqında ümidimiz olmalıdır”, – deyə Qiorqi Qaxaria bəyan etdi.

Xatırladaq ki, baş nazirin məlumatına görə sabahdan Batumi və Kutaisidə yerdəyişmə ilə bağlı bütün məhdudiyyətlər ləğv olunacaq.