Giorgi Qaxaria - "Tbilisi İpək Yolu Forumu" Asya və Avropa arasındaki bağlantıların güclənməsi üçün çox önəmlidir
Giorgi Qaxaria - "Tbilisi İpək Yolu Forumu" Asya və Avropa arasındaki bağlantıların güclənməsi üçün çox önəmlidir

“Sevinirəm ki, Gürcüstan belə əhəmiyyətli tədbirə ev sahibliyi etməyə davam edir” – bu sözləri baş nazir Giorgi Qaxaria “Tbilisi İpək Yolu Forumunun” açılışında çıxış edərkən dedi.

Onun dediyinə görə, 60-dan artıq ölkənin 2000-dən artıq nümayəndəsinin iştirak etdiyi bu tədbir bir müvəffəqiyyət çağırışıdır.

“Tarixi olaraq, Gürcüstan İpək Yolunun inkişafında önəmli rol oynayırdı. Müasir iqtisadi inteqrasiya və qlobalizasiya şəraitlərində isə, yeni “İpək Yolu” konsepsiyası daha böyük prioritetdir və bizim üçün daha qürur vericidir.

“Tbilisi İpək Yolu Forumu” Asya və Avropa arasındak bağlantıların dərinləşdirilməsi üçün çox önəmlidir” – dedi Giorgi Qaxaria.

Forumun məqsədi İpək Yolunun təşəbbüskarı olan ölkələr, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün diskussiya platformasının yaradılmasıdır, harda beynəlxalq və regional ticarət sahəsində əməkdaşlıq və perspektivlər müzakirə olunacaq.

Forumda 60-dan artıq ölkənin 2000-dən artıq deleqatı, onların arasında 30-dan artıq rəsmi nümayəndə heyyəti və 400-ə qədər xarici özəl sektor nümayəndəsi iştirak edəcəklər.

Forumda Özbəkistan və Ermənistanın vitse-premyerləri, digər ölkələrin ticarət, energetika və nəqliyyat nazirləri, diplomatik korpusun və beynəlxalq təşklatların nümayəndələri, beynəlxalq ekspertlər və jurnalistlər iştirak edəcəklər.

Şərh yaz