Giorgi Qaxaria - Reqlament qaydalarını qoruyun ki, burada durub, demaqoq suallara cavab vermək yerinə xalqımıza xidmət edək
Giorgi Qaxaria - Reqlament qaydalarını qoruyun ki, burada durub, demaqoq suallara cavab vermək yerinə xalqımıza xidmət edək

Reqlamenti qoruyun, çünki bu bizə xalqa qayğı göstərmək imkanını verəcək və burada durub, demaqoqların suallarına cavab verməkdən daha xeyirli olacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziir Giorgi Qaxaria parlamentdə interpellyasiya suallarını cavablandırarkən verdi.

“Tam bir ay öncə, bu tribunada durub, eyni suallara cavab verdik. Biz parlamentə, reqlamentə, qanuna və həyata keçirəcəyimiz işlərə hörmət edirik və onlarla bağlı suallara cavab verəcəyik, ancaq, parlament sədrindən xahiş edirəm ki, reqlamentə riayət edilsin ki, xalqa xidmət etməyə vaxtımız qalsın və saatlarca burada durub, demaqoq suallarına cavab verməyək” – dedi baş nazir.