Giorgi Qaxaria - Küçədə aksiyada duran gənclərlə onların istədikləri məsələlərlə bağlı problemsiz danışa bilərəm
Giorgi Qaxaria - Küçədə aksiyada duran gənclərlə onların istədikləri məsələlərlə bağlı problemsiz danışa bilərəm

Mənim heç bir problemim yoxdur və küçədə aksiyada duran gənclərlə onların maraqlandığı məsələlərlə bağlı danışmağa hazıram, – bu barədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria “TV Pirvelinin” efirində verdi.

Nazirin dediyinə görə, tərəflərin bir-birini dinləməsi çox önəmlidir.

Qaxaria bəyan etdi ki, polis hər zaman dinc aksiya iştirakçılarını qoruyacaq, ancaq onlar tərəfindən zorakılığın baş verdiyi və aksiyanın hücuma çevrildiyi zaman, təbii ki, hökümət müdaxilə edəcək.

Bununla yanaşı, nazirin dediyinə görə, zorakılıq edən və radikəlizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən seçkilərdə mütləq cəzalandırılacaqlar.

“Kim olursa olsun, istən müxalifət, istər iqtidar, radikalizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən cəzalandırılacaqlar. Bundan əminəm və seçkilərdə bunu görəcəyik” – dedi Daxili İşlər Naziri Giorgi Qaxaria.