Giorgi Qaxaria - Kimsəyi işdən azad etmirik, əgər bizə imkan versələr, ən yüksək kvalifikasiyalı kadrlar ən yaxşı vəzifələrdə olacaqlar
Giorgi Qaxaria - Kimsəyi işdən azad etmirik, əgər bizə imkan versələr, ən yüksək kvalifikasiyalı kadrlar ən yaxşı vəzifələrdə olacaqlar

Kimsəyi işdən azad etmirik, əgər bizə imkan versələr, ən yüksək kvalifikasiyalı kadrlar ən yaxşı vəzifələrdə olacaqlar, – bu barədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria bugün “Redison Blu İveriada” keçirilən “İstintaq sisteminin islahatı” adlı konfransda verdi.

O nazirlik sistemində ən yaxşı kadrların yığılması və onların karyer yüksəlişi haqqında söz etdi.

“Daxili İşlər Nazirliyi böyük strukturdur və sistemdə insanları qoruyub saxlaya bilərik, ancaq digər tərəfdən, onu da bilirik ki, kadrların kompetensiyasına da hörmət edilməlidir. Bizə kvalifikasiyalı gənclər lazımdır, çünki bu rutin iş olmamalıdır. Boş yerə kimsəyi işdən azad etməyəcəyik, ancaq daxili qradasiya keçiriləcək və ən yaxşılar, yaxşı vəzifələrə keçiriləcəklər” – dedi Giorgi Qaxaria.