Giorgi Qaxaria - "Kartli Tekstilin" yeni müəssisəsində növbəti ilin sonuna qədər 4 000 Rustavili işləyəcək
Giorgi Qaxaria - "Kartli Tekstilin" yeni müəssisəsində növbəti ilin sonuna qədər 4 000 Rustavili işləyəcək

“Yeni iş yerlərinin yaradılması və köhnə iş yerlərinin qorunması – bugün Gürcüstan iqtidarının ilk nömrəli məqsədidir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Rustavidə, “Kartli Tekstilin” yeni müəssisəsinin açılışında verdi.

Dövlət başçısının dediyinə görə, növbəti ilin sonuna qədər, bu müəssisədə 4000 Rustavili işləyəcək.

“Necə iqtidarın, eləcədə biznes sektorun əsas məqsədi iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması olmalıdır ki, nəticədə vətəndaşlarımızın iqtisadi vəziyyəti düzəlsin. Biz bu iqtisadi krizisi də pandemiya kimi məğlub edə biləcəyik”, – dedi baş nazir.

“Kartli Tekstil” müəssisəsi türk investisiyası ilə yaradıldı və Rustavidən və Qardabanidən 4000 nəfəri işlə təmin edəcək.

Qeyd edilməlidir ki, müəssisədə işlə təmin olunanların 90 faizi qadınlardır.

რუსთავში ახალი სამკერვალო საწარმო გაიხსნა