Giorgi Qaxaria - İlham Əliyev qeyd etdi ki, bizi birləşdirən tariximiz və coğrafiyamız var və bəli, dost və partnyorları coğrafiya ayırmır, əksinə birləşdirir
Giorgi Qaxaria - İlham Əliyev qeyd etdi ki, bizi birləşdirən tariximiz və coğrafiyamız var və bəli, dost və partnyorları coğrafiya ayırmır, əksinə birləşdirir

Dost və partnyorları coğrafiya ayırmır, əksinə birləşdirir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria  bu günki hökümət iclasında, Azərbaycana səfərini yekunlaşdırarkən verdi.

Baş nazirin dediyinə görə, Azərbaycan prezidenti ilə görüş zamanı müzakirə edilən məsələlər arasında Davit Qareci monastır kompleksi məsələsi də var idi.

“Davit Qareci kimi önəmli məsələyi diqqətsiz qoya bilməzdik. Təəssüf ki, sovet dovründən bu yana, 25 ildir ki, Gürcüstan və Azərbaycan arasındaki sərhədlərin müəyyənləşdirilməsi problemi hələ də mövcuddur. Cənab Azərbaycan prezidenti buyurdu ki, dostları coğrafiya və sərhədlər ayırmaz, əksinə birləşdirər, ki bizi birləşdirən ortaq tariximiz var. Bu mövzu ilə bağlı açıq danışdıq və sabahdan etibarən, Davit Qareci qapıları açılacaq və bu məsələ ilə bağlı, addım-addım ciddi tərəqqiyə nail olacağıq” – dedi Qaxaria

Xatırladaq ki, dünən Gürcüstanın baş naziri rəsmi səfərlə Azərbaycana getmişdi.