Giorqi Qaxaria - Hər bir investor nəzərə almalıdır ki, ilk növbədə, maaş öhdəliklərini yerinə yetirməlidir
Giorqi Qaxaria - Hər bir investor nəzərə almalıdır ki, ilk növbədə, maaş öhdəliklərini yerinə yetirməlidir

Hər bir investor və işlə təmin edən ilk növbədə nəzərə almalıdır ki, maaş öhdəliklərini yerinə yetirməlidir və həmçinin, işçilərinə müvafiq iş şəraitləri yaratmalıdır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclası başlayanda verdi.

Baş nazir hökümət iclası başlayan kimi, ilk mövzu olaraq,Tkibulidə baş verən hadisələrə səsləndi.

Onun dediyinə görə, Tkibulidə olanlar tamamilə qeyri-məqbuldur.

“Bu illər ərzində yığılan problemlərdir və belə hallara ölkəmizdə artıq yer verilməməlidir” – dedi Giorgi Qaxaria.

Tkibulidə şaxtaçılar sentyabrın 24-dən etiraz aksiyaları keçirirlər və maaş borclarını tələb edirlər.

“Saknaxşirinin” baş direktoru isə, bəyan edir ki, şaxtaçıların maaşları cümə günündən veriləcək.

Şərh yaz