Giorgi Qaxaria həkimlərə - Gərəksiz gözləntilər yaratmamalıyıq və əlimizdə olanı itirməməliyik
Giorgi Qaxaria həkimlərə - Gərəksiz gözləntilər yaratmamalıyıq və əlimizdə olanı itirməməliyik

Ölkəmizdəki səhiyyə sistemi səviyyəsinin vətəndaşlarımıza layiq olması üçün hələ çox işlər görməliyik, – bu sözləri baş Nazir Giorgi Qaxaria Sameqrelo-Zemo-Svaneti bölqəsinin tibb işçiləri ilə görüş zamanı verdi.

“Bizim üçün çox önəmlidir ki, dövlət ilk növbədə, əməkdar insanların və yaşlıların sağlamlığına qayğı göstərsin. Əlbəttə ki, dəhiyyə sisteminə dövlət tərəfindən böyük pul xərclənir.

Onu da bilirik ki, səhiyyə sistemindəki vəziyyətdən bu gün heç birimiz razı deyilik” – dedi baş nazir.

“Xəstəxanalarla yaxın komunikasiyada olmasaq, səhiyyə sistemində hansı problemlərin olduğunu görmək biraz çətin olar, ona görə də, tibb sahəsinin işçiləri ilə intensiv şəkildə görüşlərimiz olacaq. Hal-hazırda regionda, Sameqreloda bu sahədə nələrin baş verdiyini bilmək istəyirəm. Nə etməliyik ki, vətəndaşlarımızda qeyri-real gözləntilər yaratmadan və onların etibarını itirmədən, ciddi və gərəkli işlər görək” – dedi baş nazir.