Giorgi Qaxaria - Gürcüstanın işğalı ölkəmiz üçün ən böyük çağırış olaraq qalır
Giorgi Qaxaria - Gürcüstanın işğalı ölkəmiz üçün ən böyük çağırış olaraq qalır

Gürcüstanın işğalı ölkəmiz üçün ən böyük çağırış olaraq qalır, – Bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria öz “Tvitter” səhifəsindən yayır.

Baş nazir dünən Şida-Kartlidə, işğal xəttinin yanında yerləşən kəndləri ziyarət etdi.

“Mən işğal xəttinin yanında yaşayan vətəndaşlarımızla görüşdüm. Məqsədimiz Gürcüstanın hər bir vətəndaşı üçün eyni şəraitlərin yaradılmasıdır və bunun üçün əlimizdən gələni edəcəyik” – yazıb Giorgi Qaxaria.