Giorgi Qaxaria - Gürcüstanda fövqəladə vəziyyət elan etməyə bu mərhələdə ehtiyac yoxdur, amma bunun üçün zərurət sabah da yarana bilər
Giorgi Qaxaria - Gürcüstanda fövqəladə vəziyyət elan etməyə bu mərhələdə ehtiyac yoxdur, amma bunun üçün zərurət sabah da yarana bilər

Gürcüstanın baş naziri bu mərhələdə, Gürcüstanda fövqəladə vəziyyətin elan edilməsi üçün ehtiyyac görmür.

Bu haqda bəyanatı baş nazir bu gün keçirdiyi brifinqdə verdi.

“Biz fövqəladə vəziyyət elan etməmişik, ancaq, fövqəladə vəziyyət elan edən ölkələrin gördüyü tədbirləri artıq bir həftədir görürük. Gün keçdikçə tədbirləri daha da sərtləşdiririk və bir müddət belə davam edəcək.

Fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac görmürəm, ancaq baxaq sabah nə baş verəcək, bəlkə buna sabah ehtiyyacımız olur” – dedi Giorgi Qaxaria.

Şərh yaz