Giorgi Qaxaria - Əmin olun ki, bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq
Giorgi Qaxaria - Əmin olun ki, bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq

Əmin olun ki, Gürcüstanın bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə verdi.

Giorgi Qaxaria qeyd etdi ki, Gürücstan iqtidarı əlindən gələni edəcək ki, beynəlxalq müşahidəçilərin gəlməsi üçün heç bir maneə yaranmasın.

“Epidemioloji testlər olacaq, məsafələr qorunacaq, nəqliyyat vasitələri ilə təmin ediləcək, əlimizdən gələni edəcəyik ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün heç bir maneə olmasın. Pandemiyanın qlobal partlaması baş verməsə, onlar mütləq seçkilərdə iştirak edəcəklər” – dedi Giorgi Qaxaria.