Giorgi Qaxaria - Davit Qareci məsələsi ilə bağlı istintaq, tamamən Gürcüstanın daxili işidir və Gürcüstan-Azərbaycan strateji partnyorluğuna zərər verməyəcək
Giorgi Qaxaria - Davit Qareci məsələsi ilə bağlı istintaq, tamamən Gürcüstanın daxili işidir və Gürcüstan-Azərbaycan strateji partnyorluğuna zərər verməyəcək

“Nə istintaqın başlaması faktı, hansı ki, Gürcüstanın daxili işidir, nə də istintaq nəticəsində aşkarlanan faktlar, hansılarını Azərbaycanlı həmkarlarımıza artıq göndərmişik, iki ölkə arasındaki strateji partnyorluğa zərər verməyəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Gürcüstan iqtidarının hökümət iclasında verdi.

Onun dediyinə görə, Davit Qareci məsələsinin siyasiləşdirilməsi tamamilə qeyri-məqbuldur.

“Prokurorluqda aparılan proseslərə səslənmək istəyirəm, çünki məsələnin siyasiləşdirilməsi davam edir və bu da tamamilə qeyri-məqbuldur. Hərkəs yadında saxlamalıdır ki, istintaq başa çatmalıdır və son nəticələr bundan sonra çıxardılacaq. Bu məsələ o qədər vacibdir ki, hərhansı növ siyasiləşdirmə və siyasi spekulyasiyalar ölkə üçün zərərlidir, ona görə də tamamilə qeyri-məqbul və yol verilməzdir” – dedi baş nazir Giorgi Qaxaria.

Onun dediyinə görə, Azərbaycan Gürcüstanın strateji partnyorudur və hər təqdirdə partnyor olmağa davam edəcək.

“Bununla yanaşı, demək istəyirəm ki, nə istintaqın başlaması faktı, hansı ki, Gürcüstanın daxili işidir, nə də istintaq nəticəsində aşkarlanan faktlar, hansılarını Azərbaycanlı həmkarlarımıza artıq göndərmişik, iki ölkə arasındaki strateji partnyorluğa zərər verməyəcək. Bunu xüsusi ilə qeyd etmək istəyirəm. Hərkəsə müraciət edirəm, ölkəmizin maraqlarından irəli gələrək, məsələyi siyasiləşdirməyək” – dedi Giorgi Qaxaria.