Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi Mirza Subelianinin kim olduğunu müəyyən və onu gərəkdiyi zaman həbs etdi
Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi Mirza Subelianinin kim olduğunu müəyyən və onu gərəkdiyi zaman həbs etdi

“Daxili İşlər Nazirliyi Mirza Subelianinin kim olduğunu müəyyən və tam onu gərəkdiyi zaman həbs etdi”, – Daxili İşlər Naziri Giorgi Qaxaria Xorava küçəsində baş verən qətl cinayətini öyrənən istintaq komisiyasının iclasında, komisiya üzvü olan İrakli Abesadzenin bəyanatına cavab olaraq verdi.

İclasda İrakli Abesadze dedi ki, Daxili İşlər Nazirliyi iki ay ərzində Mirza Subelianinin kim olduğunu öyrənə bilmirdi.

İrakli Abesadze sual verdi ki, nəyə görə Mirza Subeliani rəsmi aktlarda “naməlum şəxs” kimi adlanırdı.

Bu bəyanata cavab olaraq, Daxili İşlər Nazir bəyan etdi ki, müstəntiq İrakli Pipia Mirza Subelianiyi üzdən tanımırdı, ancaq bunun istintaqa təsiri olmayıb.

İrakli Abesadze həmçinin bəyan etdi ki, müstəntiq İrakli Pipia Mirza Subelianiyi tanımadığını bəyan etdi, halbuki, telefon yazılardan bəlli oldu ki, 2017-ci ilin dekabr ayında onunla 12 dəfə telefonla danışıb.

“İstintaq prosesində ona 12 dəfə zəng etməsi demək deyildir ki, bir-birlərini yaxşı tanıyırdılar. Bu sualları Pipiaya verə bilərdiniz və bugün bu spektaklı qoymaq lazım olmayacaqdı” – dedi Daxili İşlər Naziri Qaxaria.

“İstintaq müddətində, müstəntiq İrakli Pipianın digər yeniyetmələrin valideynlərinə neçə dəfə zəng etdiyini də göstərsəniz suallarınız daha ədalətli olar” – dedi Giorgi Qaxaria.

Şərh yaz