Giorgi Qaxaria - Bu region əhəmiyyətli və artan investisiya potensialına sahibdir
Giorgi Qaxaria - Bu region əhəmiyyətli və artan investisiya potensialına sahibdir

Hərkəs bilir ki, bu region əhəmiyyətli və artan investisiya potensialına sahibdir, çünki biz ticari baryerləri azaldırıq və vahid bir siyasətlə rəhbərlik edirik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria investisiya forumunda nitqlə çıxış edərkən verdi.

Baş nazirin dediyinə görə, Gürcüstan iqtidarının əsas məqsədləri daha çox iş yerlərinin yaradılması, güclü orta sinif təbəqəsinin yaradılması və ölkədə sülh və sabitliyin qorunmasıdır.

Baş nazirin dediyinə görə, Gürcüstan regiondaki və həmçinin, xarici partnyorları ilə iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün konkret addımlar atır.

“Biznes üçün müsbət siyasət, güclü ticari əlaqələr və əlverişli coğrafi vəziyyəti Gürcüstanın yeni regional investisiya mərkəzi olaraq formalaşmasını şərtləndirəcək” – dedi Giorgi Qaxaria.

Şərh yaz