Giorgi Qaxaria - Biz qazandıq!
Giorgi Qaxaria - Biz qazandıq!

Biz qazandıq! – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

“Bugün öz seçimini edən Gürcüstan əhalisinə təşəkkürlər!

Hamımız birlikdə pandemiya fonunda belə, nümunəvi, azad, şəffaf və demokratik seçkilər keçirdik.

Bütün dünyaya göstərdik ki, Avropa sivilizasiyasının ayrılmaz bir hissəsiyik və böyük Avropa ailəsində layiqli yer almağı haqq edirik və o ailədə yerimizi alacağıq!

Hərkəsə təşəkkür edirik, – Mərkəzi seçki Komisiyasına, hansı ki, hər bir seçicinin seçiminin təhlükəsiz mühitdə etməsini təmin etdi, xarici partnyorlarımız və müşahidəçilərə, – onların iştirakı bizim üçün çox önəmli idi, həmçinin, ictimai asayişi qoruyan polisimizə təşəkkür edirik.

Hələ rəsmi nəticələr açıqlanmayıb, ancaq artıq bilirik ki, bugün Gürcüstan vətəndaşı qalib oldu, hansı ki, öz vətəninin sülh içində Avropaya doğru irəli getməsini, istəyir” – deyilir Giorgi Qaxarianın “Facebook” səhifəsində yayılan bəyanatında.

Şərh yaz