Giorgi Qaxaria - Beynəlxalq Hüquq Məhkəməsinin prokuroru Fatu Bensuda ilə görüşdü
Giorgi Qaxaria - Beynəlxalq Hüquq Məhkəməsinin prokuroru Fatu Bensuda ilə görüşdü

2008-ci ilin avqust müharibəsinin işi ilə bağlı aparılan istintaq haqqında müzakirəyi Gürcüstanın baş naziri Giorgi Qaxaria və beynəlxalq hüquq məhkəməsinin prokuroru Fatu Bensuda, bu gün Münxen konfransı çərçivəsində apardılar.

Beynəlxalq Hüquq Məhkəməsinin prokuroru qeyd etdi ki, istintaq işində mövcud olan tərəqqi artır və həmçinin, qeyd olunan işin müstəntiqlərinin işinin nə qədər çətin olduğunu vurğuladı.

Gürcü tərəfi prokuror ofisi ilə gələcək əməkdaşlıq üçün hazır olduğunu bildirdi və gürcülərin etnik təmizlənməsi işinin istintaqının müvəffəqiyyətlə başa çatacağına ümid etdi.

Görüşdə Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani və baş nazirin beynəlxalq əlaqələr məsələləri üzrə müşaviri İrakli Çikovani də iştirak edirdi.

Haaqa məhkəməsinin prokuroru bəyan etdi ki, gürcü tərəfi ilə əməkdaşlıqdan razıdır.

“Təsdiqləyə bilərəm ki, gürcü tərəfi ilə sıx əməkdaşlıq edirik və hazırda, məsələ ilə bağlı daha çox dəlil tapmağa çalışırıq” – dedi Fatu Bensuda.

Şərh yaz