Giorgi Qaxaria - Azadlıq, liberalizm və qanun-qayda arasındaki balansı tapmalıyıq
Giorgi Qaxaria - Azadlıq, liberalizm və qanun-qayda arasındaki balansı tapmalıyıq

Bundan sonra heç bir kəskin məsələlərdən baş qaçırdmayacağıq, çünki bizə bu lazım deyil – bu barədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria biznesmenlərlə bugün keçirdiyi görüşdə bəyan etdi.

Daxili İşlər Nazirinin dediyinə görə, azadlıq, liberalizm və qanun-qayda arasında balans tapılmalıdır.

Çox yaxşı başa düşürük ki, illər ərzində istifadə edilən sıfır tolerantlıq siyasəti bir momentdə radikal şəkildə dəyişdi və bəzi hallarda, gərəksiz dərəcədə humanist oldu. Azadlıq, liberalizm və qanun-qayda arasında balans tapmalıyıq. Bugün qarşımızda duran əsas çağırışlardan biri budur.

Tək bir şeyin zəmanətini verə bilərəm ki, bundan sonra, heç bir kəskin məsələlərdən baş qaçırdılmayacaq və bütün suallara cavab veriləcək.

Hərhansı diskussiyalara və tənqid eşitməyə hazırıq” – dedi Daxili İşlər Naziri.

Nazirin şərhini DİN-in mətbuat xidməti yayır.