Giorgi Qaxaria ATƏT-in xüsusi nümayəndəsi ilə işğal edilmiş regionlarda təhlükəsizlik vəziyyətinin gərginləşməsi haqqında danışdı
Giorgi Qaxaria ATƏT-in xüsusi nümayəndəsi ilə işğal edilmiş regionlarda təhlükəsizlik vəziyyətinin gərginləşməsi haqqında danışdı

Giorgi Qaxaria Cənubi Qafqazda ATƏT-in xüsusi nümayəndəsi və Cenevrə Beynəlxlaq danışıqların həmsədri olan Rudolf Mixalka ilə işğal edilmiş regionlarda təhlükəsizlik vəziyyətinin gərginləşməsi haqqında danışdı.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət işğal altında olan regionlarda insan hüquqlarının kobud şəkildə pozulması və etnik gürcülərin diskriminasiya faktlarına və həmçinin, işğal qüvvələri tərəfindən atılan destruktiv addımlara toxundu.

ATƏT-in xüsusi nümayəndəsi qeyd etdi ki, digər həmsədr təşkilatlarla bərabər Cenevrə formatında konstruktiv nəticələrə orientləşdirilmiş danışıqlara davam edəcək.