Giorgi Qaxaria - Anaklia limanı ölkəmizin gələcəyidir və illər öncə üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirlməsinə kimsə skandallarla və böhtanlarla mane ola bilməyəcək
Giorgi Qaxaria - Anaklia limanı ölkəmizin gələcəyidir və illər öncə üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirlməsinə kimsə skandallarla və böhtanlarla mane ola bilməyəcək

Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria bəyan edir ki, hərhansı formatda obyektiv şəraitlər haqqında danışmağa hazırdır.

Bu barədə bəyanatı Qaxaria parlamentə, TBC Bankın təsisçisinin bəyanatı haqqında jurnalistlərin suallarını cavablandırarkən verdi.

“Bilirəm ki, məsələ ilə bağlı bir çox suallar yığılıb. Başdan bəri bildirmək istəyirəm ki, məsələ ilə bağlı hərhansı formatda suallara cavab verməyə hazıram” – dedi Qaxaria.

Nazirin dediyinə görə, Anaklia limanı layihəsi ölkənin ən vacib layihələrdən biridir.

“Çox təəssüf ki, son zamanlar baş verən hadisələrdən sonra, insanlar öz öhdəliklərindən baş qaçırdmağa çalışırlar və bununla dövlət maraqlarına zərbə vurmağa çalışırlar.

Haqqında ən çox şaiyə yaranan Anakliya limanı ilə bağlı demək istəyirəm ki, o layihə ölkəmizin gələcəyidir və kimsə diskreditasiyalarla, böhtanlarla onun qarşısını alıb, öhdəliklərindən boyun qaçıra bilməyəcək” – dedi Giorgi Qaxaria.