Giorgi Qaxaria- Ailədə neçə uşağın olmasına baxmayaraq, 17  yaş altı olanların hamısı 200 larilik yardım alacaqlar
Giorgi Qaxaria- Ailədə neçə uşağın olmasına baxmayaraq, 17 yaş altı olanların hamısı 200 larilik yardım alacaqlar

Baş nazir Giorgi Qaxarianın dediyinə görə, ailədə neçə uşağın olmasına baxmayaraq, 17 yaş altı olan uşaqların hamısı 200 larilik yardım alacaqlar.

Baş nazirin dediyinə görə, imkanlı ailələr bu yardımdan imtina edə bilərlər.

“Bugün Gürcüstanda 880 min uşaq var. Xüsusi ilə də çox uşaqlı ailələr iqtisadi krizisə dayanmalıdırlar və uşaqların tədris ilinə başlamasına yardım edilməlidir.

Bütün sosiyal tədqiqatlar nəticəsində də, məlum olub ki, Gürcüstanda yardıma ən çox ehtiyacı olanlar uşaqlardır” – dedi baş nazir.