Giorgi Qaxaria - Ailədə 3 və ya 3-dən artıq 16 yaş altında uşağı olan və 0-dan 100 000 qədər balı olan bütün vətəndaşlarımıza altı ay ərzində 100-larilik yardım veriləcək
Giorgi Qaxaria - Ailədə 3 və ya 3-dən artıq 16 yaş altında uşağı olan və 0-dan 100 000 qədər balı olan bütün vətəndaşlarımıza altı ay ərzində 100-larilik yardım veriləcək

Ailədə 3 və ya 3-dən artıq 16 yaş altında uşağı olan və 0-dan 100 000 qədər balı olan bütün vətəndaşlarımıza altı ay ərzində 100-larilik yardım veriləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugün Koordinasiya Şurasının iclasında verdi.

Baş nazir qeyd etdi ki, əsas odur ki, vətəndaşlar qeyd olunan yardımı vaxtında alsınlar.

Bununla yanaşı, şirkətlərə müəyyən yardım ediləcək ki, işçilərinin iş yerlərini qoruya bilsinlər.

Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq xidmətləri buna hazırdılar.

Əsas olan odur ki, işsiz qalan və yardıma ehtiyyacı olan vətəndaşlartımız tez zamanda dövlətin dəstəyini alsınlar” – dedi baş nazir.