Giorgi Qaxaria - Ağır iqtisadi krizisə baxmayaraq, iyulun birindən pensiyaların artması davam edəcək
Giorgi Qaxaria - Ağır iqtisadi krizisə baxmayaraq, iyulun birindən pensiyaların artması davam edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, ağır iqtisadi krizisə baxmayaraq, iyulun birindən pensiyaların artması davam edəcək.

“Bu il pensiya 20 lari ilə artdı, ağır iqtisadi krizisə baxmayaraq, pensiyaların artması prosesi davam edəcək” – dedi baş nazir.

Onun dediyinə görə, hərkəs bilir ki, bu yetrəli deyil.

“Bu mövzu mənim üçün də ağır bir mövzudur, çünki hərkəs bilir ki, pensiya məbləğinin arxasında vətəndaşlarımızın ağır yaşam şəraitləri var. Ancaq, son 7-8 ildir biz yoxsulluğun azaldılması baxımından və vətəndaşlarımız üçün gələcəyin daha ümidli olması üçün müəyyən önəmli addımlar atıldı” – dedi Giorgi Qaxaria parlamentdə.