Qiqi Uqulava polisə müraciət etdi - Gürcüstanda polis forması geyinmiş dəstəyə ehtiyyac yoxdur, bir çoxunuz ləyaqət əvəzinə ləyaqətsizlik girdabında olmağı seçdiniz
Qiqi Uqulava polisə müraciət etdi - Gürcüstanda polis forması geyinmiş dəstəyə ehtiyyac yoxdur, bir çoxunuz ləyaqət əvəzinə ləyaqətsizlik girdabında olmağı seçdiniz

Bir insanı həbs etməyə gələn 3600 nəfər-bu polis deyil,bu artıq dəstədir və Gürcüstanın polis forması geyinmiş dəstəyə (qruplaşmaya) ehtiyyacı yoxdur-bu barədə Avropalı Gürcüstan partiyasının üzvü, Qiqi Uqulava hökumət administrasiyasının yaxınlığında keçirilən aksiyada çıxışı zamanı  bildirib.

O, polisə müraciət edərək, bildirib ki, onların bir çoxu ləyaqət əvəzinə, ləyaqətsizlik girdabında olmağı seçib.

“Siz polislərə müraciət etmək istəyirəm, çox təəssüf edirəm, lakin siz milissiniz, içinizdə  milli polis ilə əlaqədar heç nə yoxdur. Şansınız var idi, sizlərədən beşi  səsini çıxarsa və “Gürcü Arzusu” nun adi zonderi olan bu insana inanmasa , səsini  ucaltsa idi , bu ölkə bu günə düşməzdi. Heç kəs sizi işdən çıxara bilməzdi , lakin ölkəyə gətirdiyiniz bu biabırçılıqdan özünüzü çəkindirdiniz. Buna görə məsuliyyət bu gün sizin üzərinizdədir. Evdə ailəm var, borclarım var, bu bəraət deyil. Ölkə dağılarsa, o zaman hamı  bizdən cavab istəyəcək. Buna görə hər kəs məsuliyyətin fərdi olduğunu bilməlidir. İvanişvili hər şeyə görə  günahkardır və mənim heç nə işim var deyə  onlar (polislər ) bizə deyərkən əslində bu belə deyil. Məsuliyyət fərdidir  və hərəkətlərimiz üçün hamımız məsuliyyət daşıyırıq”-deyə Uqulava bildirib.

 

Müəllif -Sevinc Mustafayeva