Qiqi Uqulava - görünür, sabahdan cənab Çiçinadze Vani və Xoninin majoritar deputatı olacaq
Qiqi Uqulava - görünür, sabahdan cənab Çiçinadze Vani və Xoninin majoritar deputatı olacaq

“Bakradze, Uqulava – Avropa Gürcüstanının” aralıq seçkilərində namizədi Qiqi Uqulava söz verir ki, “Gürcü Arzusunun” namizədinə, qalan iki il ərzində pensiyada oturmağa imkan verməyəcək.

Uqulava bəyan edir ki, kəndlərdə onun daha artıq dəstəyi var idi. O, tərəfdarlarına etimadlarına görə minnətdarlığını bildirir.

“İlk növbədə seçkilərdə iştirak edən hər bir Vani və Xoniliyə təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürümü, məni dəstəkləyənlərə bildirmək istəyirəm. Hər şeyi edəcəm ki, onların etimadını doğruldum.

Bir sıra kəndlərdə biz qələbə qazandıq. Təəssüflər olsun ki, şəhərlərdə “Gürcü Arzusunun” resursları səfərbər olunub. Buna son iki gün ərzində qara ciplərin gəlməsi əlavə olunur”, – Qiqi Uqulava bəyan etdi.

Uqulavanın dediyinə görə, həmişə Vani və Xonililərin arxasında duracaq.

“Bununla yanaşı, görünür, sabahdan cənab Çiçinadze Vani və Xoninin majoritar deputatı olacaq. Mən bu iki rayona üzərimə şəxsi məsuliyyət götürdüm. Buna görə, mən söz verirəm ki, qalan iki il ərzində pensiyda oturmağa imkan verməyəcəm. O, Vani və Xonili pensiyaçıların qayğısına qalmağa məcbur olacaq. O, formal majoritar ola bilməyəcək. Hər şeyi edəcəm ki, burada yaşayanların həyatı yaxşılaşdırılsın və insanlar yaxşılaşmanı hiss etsinlər.

Mən həmişə Vani və Xonililərin arxasında duracam. Bu mənim üçün önəmli kampaniya idi. Mən onların etimadını həmişə doğruldacam”, –  Qiqi Uqulava qeyd etdi.

Şərh yaz