Qiqa Otxozoriyanın anası - Tatunaşvililərin ailəsinin ağrısı mənim üçün çox yaxındır, mənim övladımı da düşmən tərəfindən atılan güllə öldürdü
Qiqa Otxozoriyanın anası - Tatunaşvililərin ailəsinin ağrısı mənim üçün çox yaxındır, mənim övladımı da düşmən tərəfindən atılan güllə öldürdü

Arçil Tatunaşvilinin ailəsinin ağrısı mənim üçün çox yaxındır, – bu barədə Qiqa Otxozoriyanın anası, Culiyeta Çanturiya bəyan etdi.

Qiqa Otxozoriyanın ailəsi bu gün Tsilkanidə idi və Tatunaşvilinin ailəsinə başsağlığı verdi.

“Tatunaşvilinin ailəsinə bir daha başsağlığı verirəm. Onların ağrısı mənim üçün çox yaxındır, çünki düz bir il 10 ay bundan əvvəl mənim övladımı da düşmən tərəfindən atılan güllə öldürdü. Onu da bağışlamadılar ki, gürcünü müdafiə etdi və hamının göz qarşısında güllələdilər. Bu ailə də analoji vəziyyətə düşdü. İsgəncə verilmiş cəsədi 26 gündən sonra, güclə aldılar”, – Otxozoriyanın anası bəyan etdi.