Gia Volski - Vaja Qaprindaşvili məsələsi ilə bağlı işğalçı rejim tərəfindən uydurulan insinuasiyalar yersiz və yanlışdır
Gia Volski - Vaja Qaprindaşvili məsələsi ilə bağlı işğalçı rejim tərəfindən uydurulan insinuasiyalar yersiz və yanlışdır

Vaja Qaprindaşvili həkim olaraq, hərhansı münaqişə dövründə iştirak edirdisə, əminəm ki, o mütləq hərkəsə gərəkən tibbi yardımı da edərdi, – bu barədə bəyanatı parlament əksəriyyətinin lideri Gia Volski işğal qüvvələri tərəfindən həbs edilən həkim Vaja Qaprindaşvili haqqında danışarkən verdi.

Gia Volskinin dediyinə görə, işğalçı rejim tərəfindən uydurulan insinuasiyalar yersiz və yanlışdır.

“İşğal edilmiş Sxinvaliyə səsimi çatdırmaq istəyirəm. Ordan çoxunu tanıyıram, çoxu ilə danışıqlarda iştirak etmişəm. Heç biri ilə dost deyiləm, ancaq bilirəm ki, Qafqaz millətləri müəyyən ənənələrə sadiqdirlər və hərhansı münaqişədə, hər bir Qafqazlı öz ləyaqətini qoruyur. Vaja Qaprindaşvili həkim olaraq hərhansı münaqişə dövründə iştirak edirdisə, əminəm ki, o hərkəsə gərəkən tibbi yardımı da edirdi. O şərəfli və layiqli bir insandır və işğalçı rejim tərəfindən ona uydurulan insinuasiayalar yalan-yanlışdır” – dedi Volski.

Xatırladaq ki, Gürcüstan vətəndaşı olan, Tbilisidə yaşayan Vaja Qaprindaşvili işğal altında olan Orçosana kəndinin yanında 10 gün bundan öncə həbs edildi. Cənubi Osetiyanın de-fakto qondarma iqtidarının dediyinə görə, Vaja Qaprindaşvili hərbi həkim olaraq, 2008-ci ilin avqust müharibəsində fəal şəkildə iştirak edirdi.

İşğalçı rejim tərəfindən ona iki ay həbs cəzası verildi.