Gia Volski - Rusiya prezidentinin bəyanatı birbaşa təhdiddir
Gia Volski - Rusiya prezidentinin bəyanatı birbaşa təhdiddir

Rusiya prezidentinin bəyanatı birbaşa təhdiddir, çünki Putin hesab edir ki, Gürcüstanın NATO-ya qoşulması Rusiyanın strateji maraqlarına ziddir, – bu bəyanatı Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski verdi.

Volskinin dediyinə görə, Putin öz işğalçı siyasətini bu bəyanatı ilə təsdiqlədi.

“Mən bir deputat olaraq, deyə bilərəm ki, Gürcüstan bu təşkilata ona görə qoşulmaq istəyir ki, uzunmüddətli təhlükəsizliyini təmin etsin, kimsəyə qarşı aqresiyayı da düşünmürük” – dedi Gia Volski.

Xatırladaq ki, Rusiya prezidenti Vladimer Putin Fox News teleşirkətinə verdiyi müsahibə zamanı bəyan etdi ki, Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına Rusiyanın son dərəcə mənfi reaksiyası olacaq.