Gia Volski - Luqar laboratoriyasında qeyri-qanuni birşeyin baş verdiyi və yaxud orada silahın saxlandığına dair ciddi bir sübut yoxdur
Gia Volski - Luqar laboratoriyasında qeyri-qanuni birşeyin baş verdiyi və yaxud orada silahın saxlandığına dair ciddi bir sübut yoxdur

Gürcüstan parlamentinin vitse-spikeri Gia Volskinin bəyanatına görə, müəyyən qaydalar var və o qaydalarla Luqar laboratoriyasının yoxlanılması gürcü tərəfinə çox yaxşı nəticə göstərdi, hansı ki, Cenevrə və BMT ofisində müzakirə olundu və yüksək səviyyədə qiymətləndirildi.

Volskinin dediyinə görə, Luqar laboratoriyasında qeyri-qanuni birşeyin baş verdiyi və yaxud orada silahın saxlandığına dair ciddi bir sübut yoxdur.

“Biz Rusiyaya da təklif edirik ki, onların iştirakı ilə də növbəti yoxlanış keçirilsin. Bundan Rusiya imtina edir və beləliklə anlaşılır ki, Rusiya sadəcə olaraq, işinə gəldiyi məlumatı yaymaq istəyir” – dedi Gia Volski.