GFF - Nigeriyanın Gənclər Futbol komandasının işğal altında olan Abxaziyaya planlaşdırılmış səfəri haqqında medyada yayılan məlumatla bağlı FİFA-dan müvafiq reaksiyanın verilməsini tələb etdik
GFF - Nigeriyanın Gənclər Futbol komandasının işğal altında olan Abxaziyaya planlaşdırılmış səfəri haqqında medyada yayılan məlumatla bağlı FİFA-dan müvafiq reaksiyanın verilməsini tələb etdik

“Nigeriyanın Gənclər Futbol komandasının işğal altında olan Abxaziyaya planlaşdırılmış səfəri haqqında medyada yayılan məlumatla bağlı Dünya Futbol İdarəsi orqanı FİFA-ya müraciət etdik və müvafiq reaksiyanın verilməsini tələb etdik”, – Bu barədə məlumatı Gürcüstanın Futbol Federasiyası yayır.

“Bu məsələnin zəruriliyindən irəli gələrək, ictimaiyyətə bildirmək istəyirik ki, Gürcüstanın Futbol Federasiyası, avqustun 4-də, müxtəlif medya vasitələri tərəfindən, Nigeriya gənclər futbol komandasının işğal altında olan Abxaziya regionuna planlaşdırılan səfəri barədə yayılan məlumat haqqında Dünya Futbol İdarəsi orqanında müraciət etdi və ondan müvafiq reaksiyanın göstərilməsini tələb etdi. Həmçinin, müvafiq reaksiya haqqında məlumat Nigeriyanın Futbol Federasiyasına da göndərildi.

Gürcü futbolunun idarə orqanı bu cür məlumatın mövcud olduğu halda, hər vasitədən istifadə edəcək ki, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı atılan addımların qarşısı alınsın” – deyilir Gürcüstanın Futbol Federasiyasının bəyanatında.

Müxtəlif medya vasitələrində bugün yayılan məlumata əsasən, Nigeriyanın gənclər futbol komandası işğal altında olan Abxaziyaya səfər etməyi planlaşdırır.