Gənc gürcü su poloçuları Avropa Çempionatında ilk qələbələrini qazandılar
Gənc gürcü su poloçuları Avropa Çempionatında ilk qələbələrini qazandılar

Tbilisidə keçirilən Avropa Gənclər Çempionatında Gürcüstanın 17 yaşınadək sul poloçuları yığması ilk matçını keçirdi və Rumıniya yığmasını məğlubiyyətə uğratdı.

İlk başdan, Rumıniyalılar irəli çıxdılar, lakin bundan sonra gürcülər rəqibinə yeddi cavabsız top vurdular və matçın sonuna qədər üstünlüyü əldən buraxmayıblar.

Oyunun başa çatmasına 21 saniyə qalarkən hesab gürcülərin xüyrinə 11-10 idi, top Rumıniyalılarda idi və hücumda idilər,  qonaqlar səhv buraxdılar və gürcülər daha bir top vuraraq matçı 12-10 hesabı ilə başa çatdırdılar.