Qazın sızması nəticəsində ölüm statistikası

Karbon monooksid yenədə can aldı. Bədbəxt hadisə bu dəfə Qldanidə baş Verdi.33 yaşlı kişi yaşayış evində ölmüş vəziyyətdə tapıldı. Yaşayış evində təbii qaz qurğusu kustar üsulla quraşdırılıbmış .Statistikaya əsasən son iki ayda təbii qaz sızması nəticəsində 17 insan həyatını itirib. Ümumiyyətlə götürsək bədbəxt hadisə daha çox kirayə və ya girov qarşılığı verilmiş evlərdə yaşanıb. Təhlükəsizlik normalarının sərtləşdirilməsini nəzərdə tutan yeni tənzimləmələr parlamentə ehtimalki yazda göndəriləcək. Bunadək isə qazpaylayıcı şirkət baş verən bədbəxt hadisələr fonunda bir daha əhaliyə müraciət edib.