Qardabanidə Novruz Bayramı tədbirləri keçirilir
Qardabanidə Novruz Bayramı tədbirləri keçirilir

Qardabani şəhərində Novruz Bayramı ilə əlaqədar bayram tədbirləri keçirilir.

Tədbir çərçivəsində, Qardabaninin Mədəniyyət və İstirahət Parkında artıq nərd üzrə yarış keçirildi, qaliblər sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.

Qardaşlar Qaciyevlər, Anar Əsgərov, Eynar Balakişiyev, Açiko Nijaradze və Mariam Eliaşvilinin iştirakı ilə konsert keçiriləcək.

Tədbir Qardabani Munisipaliteti Meriyasının Təhsil, Mədəniyyət, Gənclər və İdman Xidmətinin təçkilatçılığı ilə keçirilir.