Qara Dənizdə beş ballıq fırtınadır
Qara Dənizdə beş ballıq fırtınadır

Qara Dənizdə beş ballıq fırtınadır, – bu barədə məlumatı Fövqəladə Hallar İdarəsi Xidməti yayır.

“Fövqəladə Hallar İdarəsi Xidməti xəbərdarlıq verir. Qara Dənizdə fırtına vəziyyəti elan edilib. Bu dəqiqələrdə beş ballıq fırtına qeydə alınır. Dalğaların hündürlüyü dörd metrə çatır. Qara Dənizə girmək qadağan olunub. Dəniz sahilində bütün xilasedici qüllələrdə qırmızı bayraq ucaldılıb. Dənizə girmək ağ bayrağın ucaldılmasından sonra mümkün olacaq. Nişanlara diqqət yetirin”, – Fövqəladə Hallar İdarəsi Xidmətində bəyan edirlər.

Elə onların məlumatına görə, qadağa sentyabrın 9-u saat 10:00-ə qədər qüvvədədir.