Fransanın Qran-Prisində Meliyanın qızılı və iki bürünc medal
Fransanın Qran-Prisində Meliyanın qızılı və iki bürünc medal

Fransanın Nisa şəhərində Anri Delan adına sıra ilə 47-ci Qran-Pri başa çatdı. Bu gün turnirdə Gürcüstanın yunan-roma üsulu ilə güləşçiləri yarışdılar.

Ölkəmizin adı ilə Nuqzar Sursumiya (55kq), Beka Mamukaşvili (77kq), Quram Xesuriani (87kq), Giorgi Meliya (97kq) və Sulxan Buidze (130kq) çıxış etdilər.

Giorgi Meliya (97kq) bütün turnir ərzxində inandırıcı güləşdi və finala çıxdı. Finalda Azərbaycanlı Murad Lokayevi asanlıqla məğlubiyyətə uğradaraq qızıl medal sahibi oldu. Bürünc medalı Sulxan Buidze (130kq) və Quram Xesuriani (87kq) qazandılar. Nuqzar Sursumiya və Beka Mamukaşvili isə, təəssüflər olsun medalsız qaldılar.

Xatırladaq ki, dünən turnirdə Gürcüstanın sərbəst üsul ilə güləşçilər yığması yarışdı. Onların hesabında dörd qızıl, iki gümüş və üç bürünc çmedal var.