Fransadan rəmzi açar - Gürcüstan Avropa Şurası sədri oldu
Fransadan rəmzi açar - Gürcüstan Avropa Şurası sədri oldu

Gürcüstan Avropa Şurası sədri ölkəsi oldu.

Gürcüstana Fransa tərəfindən Avropa Şurası sədrliyinin rəmzi açarı Strasburqda təhvil verildi.

Gürcüstanın Birinci Kanalının jurnalistinin Strasburqdan verdiyi məlumata görə, açarı Gürcüstan Xarici İşlər naziri, David Zalkalianiyə Fransanın Avropa işləri üzrə dövlət naziri, Ameli De Monşelen təhvil verdi.

Gürcüstan bu gündən 2020-ci il mayın 15-ə qədər Avropa Şurası Nazirlər Komitəsinin sədr ölkəsi olacaq.

Strasburqda, Respublika Meydanında Gürcüstanın Avropa Şurası sədri ölkəsi kimi bayrağı ucaldıldı.

Həmçinin bu gündən gürcü əlifbası və Gürcüstanın sədrliyi loqosu ilə Strasburqda 6 ay ərzində tramvay hərəkət edəcək.