Fransada son bir gün ərzində koronavirusun 4 022 yeni halı aşkar edildi, 378 insan vəfat etdi
Fransada son bir gün ərzində koronavirusun 4 022 yeni halı aşkar edildi, 378 insan vəfat etdi

Fransada son 24 saat ərzində koronavirusun 4 022 yeni halı aşkar edildi. Məlumatı “Qardian” agentliyi  ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 378 insan vəfat etdi.

Koronavirus pandemiyasının başlamasından bu günə qədər, Fransada virusa yoluxmanın 2 712 975 halı qeydə alınıb, 65 415 insan vəfat edib.