Fransada son bir gün ərzində koronavirusun 27 228 yeni halı aşkar edildi, 302 insan vəfat etdi
Fransada son bir gün ərzində koronavirusun 27 228 yeni halı aşkar edildi, 302 insan vəfat etdi

Fransada son bir gün ərzində koronavirusun 27 228 yeni halı aşkar edildi, 302 insan vəfat etdi.

Qeyd olunan məlumatı “Reuters” agentliyi Fransa Səhiyyə Nazirliyinin göstəricilərinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Fransada koronavirusa 1 981 827 insan yoluxub, 44 548 pasiyent virus nəticəsində vəfat edib. Qurbanların sayı ilə, Fransa dünyada yeddinci yerdədir.

Son günlər ərzində Fransada infeksiyanın yayılması göstəricisi azalır. Fransada bir dekabra qədər fövqəladə məhdudiyyətlər rejimi qüvvədədir.