Fransada son bir gün ərzində koronavirus ilə 833 ölüm halı qeydə alındı
Fransada son bir gün ərzində koronavirus ilə 833 ölüm halı qeydə alındı

Fransada son bir gün ərzində yeni koronavirus ilə 833 ölüm halı qeydə alındı. Ölkə üçün bu, ən yüksək göstəricidir.

Göstəricilər xəstəxanalarda qeydə alınan pasiyentləri, eləcə də qocalar evində həlak olan benefisiyarları əhatə edir.

Ümumilikdə ölkə miqyası ilə koronavirus ilə həlak olanların sayı 8 911 pasiyenti təşkil etdi. Virusa yoluxanların sayı 98 mindən artıqdır. Bununla yanaşı ölkədə virusdan 17 250 insan müalicə olundu.