Fransada koronavirusdan 116 yaşlı qadın müalicə olunaraq sağaldı
Fransada koronavirusdan 116 yaşlı qadın müalicə olunaraq sağaldı

Fransada koronavirusdan 116 yaşlı qadın müalicə olunaraq sağaldı. Fransa mediasının məlumatına görə, Avropanın ən yaşlı sakini, 116 yaşlı Andre virusdan tamamailə müalicə olundu.

Həkimlərin dediyinə görə, onun testinin cacabı mənfi idi və 117-ci doğum gününü Andre yaşlılar evində qeyd edəcək. Fransa mediasının məlumatına görə, pasiyent koronavirusu çətinliklər olmadan keçirdi. O, 12 gün ərzində izolasiyada idi.