Fransa və Britaniya liderləri Rusiyadan Aleksey Navalnının zəhərləndirilməsi ilə bağlı dönmədən açıqlama tələb edirlər
Fransa və Britaniya liderləri Rusiyadan Aleksey Navalnının zəhərləndirilməsi ilə bağlı dönmədən açıqlama tələb edirlər

Fransa və Britaniya liderləri müxalifətçi, Aleksey Navalnının zəhərləndirilməsi ilə bağlı Rusiyadan dönmədən açıqlama tələb edirlər. Bu barədə Boris Conson və Emmanuel Makron telefon söhbəti zamanı danışdılar.

Böyük Britaniya baş nazirinin mətbuat xidmətinin məlumatına görə, iki ölkə lideri Navalnının zəhərlənməsi barəsində narahatlıqlarını ifadə etdilər.

Fransa prezidenti bu məsələ barəsində “tvitter” səhifəsində yazdı. Makronun dediyinə görə, o, Boris Conson ilə Navalnının zəhərləndirilməsindən sonra atılası addımları müzakirə etdi.

Xatırladaq, bu gün məlum oldu ki, rus müxalifətçisi, Aleksey Navalnı süni komadan ayıldı.