Fransa səfiri - "Borderizasiya", destabilizasiya riski və  yerli əhali üçün çətinlik yaradan bütün faktları qınayırıq
Fransa səfiri - "Borderizasiya", destabilizasiya riski və  yerli əhali üçün çətinlik yaradan bütün faktları qınayırıq

Bir daha vurğulamaq istərdim ki, biz Gürcüstan hökuməti ilə yaxşı tərəfdaş kimi hiss edirik -deyə Fransanın Gürcüstandakı səfiri Dieqo Kolas jurnalistlərə bildirib.

Səfir işğalçı rejim tərəfindən davam etdirilən sürünən işğal prosesi və borderizasiyanı qınayıb.

“Səhər Twitter-də bir post dərc etdik, postda qeyd etdik ki, “Borderizasiya”, destabilizasiya riski və  yerli əhali üçün çətinlik yaradan bütün faktları qınayırıq.   Bu bizim üçün qəbuledilməzdir. Bu məsələ ATƏT Daimi Şurasının iclasında müzakirə olundu, buna görə də mövqeyimizi bir daha təsdiq etdik “-deyə  Dieqo Kolas  bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva