Fransa prezidenti Bidzina İvanişvilini Fəxri Legion Kavaleri titulu ilə təltif etdi
Fransa prezidenti Bidzina İvanişvilini Fəxri Legion Kavaleri titulu ilə təltif etdi

Fransa prezidenti, Emmanuel Makron Gürcüstanın keçmiş baş naziri, Bidzina İvanişvilini Fəxri Legion Kavaleri titulu ilə təltif etdi. Bu barədə Fransa hökumətinin rəsmi veb-səhifəsində dərc olunan sərancamda deyilir.

Sərəncamda qeyd olunub ki, Bidzina İvanişvili beynəlxalq xeyriyyə fondunun təsisçisi və Gürcüstanın keçmiş baş naziridir.

Sərəncamın açıqlaması hissəsində deyilir ki, “bu il qeyd olunan mükafat həmçinin, koronavirsla mübarizəyə mühüm tövhə daxil edən insanlara verildi”.

Fəxri Legion Kavaleri titulu (Ordre national de la Légion d’honneur) Fransanın ali mükafatıdır və onu Fransa prezidenti ən böyük hərbi və mülki nailiyyətlərə görə verir.

Şərh yaz