Fransa Müdafiə naziri - 2008-ci ildə Gürcüstanı hissələrə parçaladılar, 2014-cü ildə isə, Ukraynanın sırası gəldi
Fransa Müdafiə naziri - 2008-ci ildə Gürcüstanı hissələrə parçaladılar, 2014-cü ildə isə, Ukraynanın sırası gəldi

2008-ci ildə Gürcüstanı hissələrə parçaladılar, 2014-cü ildə isə, Ukraynanın sırası gəldi, – bu barədə Atlantik Şurasında nitqlə çıxış edərkən Fransa Müdafiə naziri, Florens Parli bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan və Ukraynanın bənzər hallarının təkrarlanması yalniz faciəvi deyil, həmçinin bütün dünyaya ismarıc olacaqdır ki, ABŞ hakimiyyəti zəifləyib.

Fransa Müdafiə naziri ABŞ və Avropanın əməkdaşlığı vacibliyindən danışdı. Florens Parli qeyd etdi ki, Avropa ölkələri öz müdafiə qabiliyyətlərinin gücləndirilməsi üçün addımlar atdılar, çünki qitədə təhlükəsizliyin ciddi çağırışları qarşısında dayandılar.

Fransalı yüksək vəzifəlisinin dediyinə görə, muxtariyyətin gücləndirilməsi ABŞ-a qarşı yönəldilmi. addım deyil.

Fransa Müdafiə naziri nitqlə çıxışının sonunda ABŞ hakimiyyətinə müraciət etdi və bəyan etdi ki, Vaşinqton Avropaya ümid edə bilər.