Fransa Məhkəməsi "UBS" İsveçrə bankını 3,7 milyard avro ilə cərimələdi
Fransa Məhkəməsi "UBS" İsveçrə bankını 3,7 milyard avro ilə cərimələdi

Fransa Məhkəməsi “UBS” İsveçrə bankını 3,7 milyard avro ilə cərimələdi. Məhkəmə müəyyənləşdirdi ki, bank 2004-2012-ci illərdə Fransa vətəndaşlarına milyardlarla avro miqdarın vergilərdən boyun qaçırmağa yardım edirdi.

“UBS” nümayəndələri bəyan edirlər ki, hökmlə razılaşmırlar və ondan şikayət etməyi planlaşdırırlar.

Bundan əvvəl bank, mübahisənin tənzimlənməsi üçün 1,1 milyard avronun ödənilməsindən imtina etdi.

İstintaq, qeyd olunan iş üzrə 7 ildir ki, davam edirdi.